Əsas Səhifə > Dünya > Şimali Kipr üçün tarixi məqam: öncə Türk Dövlətləri Təşkilatına üzvlük, sonra...
Şimali Kipr üçün tarixi məqam: öncə Türk Dövlətləri Təşkilatına üzvlük, sonra...15-06-2022, 08:29 |
Yunanıstanla Türkiyə arasında yaşanan gərginlik təkcə sahil suları və adalarla bağlı deyil. Şərqi Ağdənizdəki üstünlük mücadiləsinin tərkib hissəsi olaraq, Yunanıstan hökumətinin Kiprdəki türk mövcudiyyətinə qarşı iddia və həmlələri də iki ölkə münasibətlərində önəmli gərginlik nöqtəsidir. Yunan tərəfinin daha əvvəl də gündəmə gələn etimadyaradıcı tədbirlər paketini yeni bir təklif kimi dünyay təqdim etmək istəməsi gərginliyi daha da artıracaq. Afina illər boyu həll prosesinə heç bir töhfə verməyən prinsip və təklifləri təkrarən müzakirə masasına gətirmək istəyərkən, Ankara bəyan edir ki, əgər bir müzakirə olacaqsa, iki toplum arasında deyil, iki dövlət arasında olacaq. Yunanıstan Maraşı geri almaq istəyir, Şimali Kipr Türk Respublikası (ŞKTR) isə buranın Türk torpağı olduğunu ifadə edir. Yunan tərəfi adanın ətrafındakı enerji mənbələri üzərində ŞKTR-in də haqqı olduğunu etiraf etsə də, əməli proseslərdə böyük payı özünə götürmək dərdindədir. Türk tərəfi isə öz haqqını yedirməyəcəyini açıq şəkildə bəyan edir. Doğrusu, indiki mənzərədə yenidən bir müzakirə masası qurulsa belə, yunanların bundan qaçacaqlarını, yaxud da ən həlledici məqamda imtina edəcəklərini proqnozlaşdırmaq çətin deyil. ŞKTR Prezidenti Ersin Tatar bu mövzuda öz təkliflərini qısa müddət sonra ictimaiyyətə açıqlayacaqlarını bildirdi. Ehtimal etmək olar ki, Türk tərəfinin mövqe və mübarizəsində bir dəyişiklik olmayacaq. Yunanıstan və Kiprdəki yunan idarəetməsinin birgə, istər Egey adaları üzərində, istərsə də Şərqi Ağdəniz üzərindəki siyasəti bu şəkildə davam etdikcə faydalı bir müzakirənin mümkünsüzlüyü ortadadır. Bütün bu proseslərin fonunda, təxminən 3 ay sonra ŞKTR üçün tarixi bir yenilik yaşanacaq. Şimali Kipr Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzvlük üçün müraciət edib və yayın sonlarında Özbəkistanda keçiriləcək liderlər zirvəsində bununla bağlı qərar qəbul ediləcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kiprə sonuncu səfərində bu məsələni xüsusilə dilə gətirdi. Özü şəxsən prosesin başından bəri bu istiqamətdə gərgin bir diplomatik fəaliyyətdədir. Hazırda bu xüsusda müsbət bir meyllənmə olduğunu söyləməyək. ŞKTR bir türk dövləti qismində İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da müşahidəçi üzvdür. Ukraynadakı müharibə TDT-nı da öz daxilində daha güclü bir əməkdaşlığa, genişlənməyə vadar edir. ŞKTR də üzv olacağı halda, Macarıstan ilə birlikdə 7 üzvü olan TDT bütün müstəqil türk dövlətlərini bir araya gətirmiş olacaq. TDT daxilində iki cür üzvlük sistemi var: tamhüquqlü üzvlər və müşahidəçi statuslu üzvlər. Hazırda Macarıstan və Türkmənistan müşahidəçi statuslu üzvlərdir. Lakin idarəetmə mexanizmində böyük bir fərq yoxdur. Hər bir üzv bütün mənalarda bərabər şəkildə təşkilatın parçalarıdır. ŞKTR-in üzvlüyünün təsdiqlənməsindən sonra bu türk dövlətinin TDT və onun vahid qurumları ilə birbaşa və dolayı əlaqələrinin önü açılacaq. Məsələn, Türksoy, Türk Akademiyası, TÜRKPA əlaqəli qurumlar, AGİT, CICA, ÜST kimi təşkilatlar isə TDT-nin qarşılıqlı münasibətdə olduğu qurumlardır. Və ən çox diqqət çəkən, gözlənilən məqam üzv ölkələrin gələcəkdə ŞKTR-in müstəqilliyini tanıması qərarıdır. Hələlik liderlər zirvəsi baş tutsun, üzvlük məsələsi həllini tapsın, müstəqilliyin tanınması mövzusunu da birlikdə müzakirəyə çıxararıq. Müəllif: Prof. Dr. Kürşad Zorlu Mənbə: "haberturk.com.tr" AYNA Geri qayıt |