Əsas Səhifə > Dünya > Yeni nizamda kimin maraqları əsas tutulacaq?

Yeni nizamda kimin maraqları əsas tutulacaq?


26-09-2022, 08:45
Yeni nizamda kimin maraqları əsas tutulacaq?
DİA.AZ: - "Mövcud dünya nizamının dağıdılıb yerində yenisinin inşa edilməsi prosesi koronavirus pandemiyası ilə başladı". DİA.AZ bildirir ki, bunu açıqlamasında politoloq Aqşin Kərimov qeyd edir.

Gənc siyasətşünas fikirlərini daha sonra belə cilalayır:

"- Qarabağdakı müharibə pandemiyanın tüğyan etdiyi zamanda baş verdi,
- Rusiyanın Ukraynaya hərbi təcavüzü pandemiyanın sönükləşməsi zamanı baş tutdu.

Qısası, nizam prinsiplərinin güc yolu ilə dəyişdirilməsi Qarabağla başladı.

İndi qalır, əks qütblərdə dayanan qüvvələrin hansının özü üçün əlverişli şərtlər formalaşdırmasına: yeni nizamda kimin maraqları əsas tutulacaq? Bax, bu əsaslar üçün savaş gedir və güclü olan masada sözünü deyəcək".

Geri qayıt