Yeni nizamda kimin maraqları əsas tutulacaq? - Hər şey QARABAĞDAN BAŞLADI...
Tarix: 26-09-2022, 08:45 |
Çap et
DİA.AZ: - "Mövcud dünya nizamının dağıdılıb yerində yenisinin inşa edilməsi prosesi koronavirus pandemiyası ilə başladı". DİA.AZ bildirir ki, bunu açıqlamasında politoloq Aqşin Kərimov qeyd edir.
Gənc siyasətşünas fikirlərini daha sonra belə cilalayır:
"- Qarabağdakı müharibə pandemiyanın tüğyan etdiyi zamanda baş verdi,
- Rusiyanın Ukraynaya hərbi təcavüzü pandemiyanın sönükləşməsi zamanı baş tutdu.
Qısası, nizam prinsiplərinin güc yolu ilə dəyişdirilməsi Qarabağla başladı.
İndi qalır, əks qütblərdə dayanan qüvvələrin hansının özü üçün əlverişli şərtlər formalaşdırmasına: yeni nizamda kimin maraqları əsas tutulacaq? Bax, bu əsaslar üçün savaş gedir və güclü olan masada sözünü deyəcək".