Əsas Səhifə > Dünya > Molla rejimi DİSSİDENT OVUna çıxıb
Molla rejimi DİSSİDENT OVUna çıxıb16-11-2022, 08:25 |
İranın xüsusi xidmət orqanlarının dünya üzrə molla rejiminə qarşı olanları cəzalandırmaq üçün dissidentlər ovuna çıxdığı bildirilir. "Yerusəlim Post" nəşri yazır ki, İran agentləri dünyanı gəzir və Azərbaycandan ABŞ-a qədər olan ölkələrdə casusluq fəaliyyəti qurur. "İranın Qafqazdan tutmuş ABŞ və Böyük Britaniyaya qədər planları, onun getdikcə daha təhlükəli şəbəkəsinin olduğunu göstərir",-deyə nəşr yazır. İranın artıq Britaniyaya SEPAH üzvlərindən ibarət komanda göndərdiyi də iddia olunur. Onların yüzlərlə aktivisti, jurnalisti hədəf alacağına dair təhlükəli siqnallar mövcuddur. Aqşin Kərimov - DİA.AZ Geri qayıt |