Molla rejimi DİSSİDENT OVUna çıxıb
Tarix: 16-11-2022, 08:25 |
Çap et
İranın xüsusi xidmət orqanlarının dünya üzrə molla rejiminə qarşı olanları cəzalandırmaq üçün dissidentlər ovuna çıxdığı bildirilir.
"Yerusəlim Post" nəşri yazır ki, İran agentləri dünyanı gəzir və Azərbaycandan ABŞ-a qədər olan ölkələrdə casusluq fəaliyyəti qurur.
"İranın Qafqazdan tutmuş ABŞ və Böyük Britaniyaya qədər planları, onun getdikcə daha təhlükəli şəbəkəsinin olduğunu göstərir",-deyə nəşr yazır.
İranın artıq Britaniyaya SEPAH üzvlərindən ibarət komanda göndərdiyi də iddia olunur.
Onların yüzlərlə aktivisti, jurnalisti hədəf alacağına dair təhlükəli siqnallar mövcuddur.
Aqşin Kərimov - DİA.AZ