Əsas Səhifə > Dünya > Türkiyənin yeni dəst-xətti daha samballı xarakter alır...

Türkiyənin yeni dəst-xətti daha samballı xarakter alır...


4-06-2023, 06:10
Türkiyənin yeni dəst-xətti daha samballı xarakter alır...
Türkiyənin “Yüz ilin kabinəsi” adlandırılan yeni hökuməti açıqlandı: Azərbaycanda məşhur olan xarici işlər naziri Mövlud Çavuşoğlunun yerinə Milli İstihbarat Təşkilatının sədri Hakan Fidan, müdafiə naziri Hulusi Akarın yerinə Baş qərargah rəisi Yaşar Gülər gətirildi;

Ərdoğanın “O mənim sirr küpüm, Türkiyə dövlətinin sirr küpü, Türkiyənin gələcəyinin sirr küpü” adlandırdığı Hakan Fidan xarici siyasətin müəyyənləşməsində ciddi rola malik olub. Obamanın “gözüm üzərində” dediyi, MOSSAD-ın ən çox çəkindiyi kəşfiyyatçı olduğu haqda məlumatlar var. Vaxtilə Azərbaycanda da TİKA-nın nümayəndəsi kimi işləyib.

Türkiyə ordusunda böyük nüfuzu malik olan Yaşar Gülərin Azərbaycanın hərbi rəhbərliyi ilə yüksək münasibətləri var.

Asif Nərimanlı - DİA.AZ
Geri qayıt