Türkiyənin yeni dəst-xətti daha samballı xarakter alır... - GƏLİŞMƏ
Türkiyənin “Yüz ilin kabinəsi” adlandırılan yeni hökuməti açıqlandı: Azərbaycanda məşhur olan xarici işlər naziri Mövlud Çavuşoğlunun yerinə Milli İstihbarat Təşkilatının sədri Hakan Fidan, müdafiə naziri Hulusi Akarın yerinə Baş qərargah rəisi Yaşar Gülər gətirildi;
Ərdoğanın “O mənim sirr küpüm, Türkiyə dövlətinin sirr küpü, Türkiyənin gələcəyinin sirr küpü” adlandırdığı Hakan Fidan xarici siyasətin müəyyənləşməsində ciddi rola malik olub. Obamanın “gözüm üzərində” dediyi, MOSSAD-ın ən çox çəkindiyi kəşfiyyatçı olduğu haqda məlumatlar var. Vaxtilə Azərbaycanda da TİKA-nın nümayəndəsi kimi işləyib.
Türkiyə ordusunda böyük nüfuzu malik olan Yaşar Gülərin Azərbaycanın hərbi rəhbərliyi ilə yüksək münasibətləri var.
Asif Nərimanlı - DİA.AZ