Əsas Səhifə > Dünya > Rusiya ilə ABŞ yola gəlir?
Rusiya ilə ABŞ yola gəlir?10-07-2023, 00:39 |
- Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ-də Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı gizli görüş keçirdiyi məlumatları yayılır, - Rusiya bu məlumatı təkzib edir, ABŞ isə nə təsdiq, nə də təkzib edir, - Bundan sonra Ərdoğan-Zelenski danışıqları keçirilir, - Azov komandirlərinin qaytarılması ikitərəfli deyil, çoxtərəfli masada verilən qərarların nəticəsidir, - Böyük ehtimalla Ərdoğan bunun müqabilində NATO liderlərinin sammitində Alyansın aparıcı güclərindən dəstək almağı hədəfləyir - əsasən iqtisadi məsələlərdə, PKK-ya qarşı mübarizədə və Cənubi Qafqaz oxunda, - Azov komandirlərinin Ukraynaya təhvil verilməsi, mümkün Rusiya-Ukrayna danışıqlarında Türkiyənin vasitəçilik profilini yüksəldir, - Türkiyə Rusiya üçün Suriyada və Cənubi Qafqazda yarana biləcək boşluqlara dolaraq Moskva ilə danışıqlarda üstün mövqelərə çıxmaq istəyir, - Hərçənd, Suriyada hələ də böyük üstünlük Rusiyadadır və Ankara ilə Moskva bir-birləri ilə qarşıdurma xəttinə getməkdə maraqlı deyillər, - Bütün bunların fonunda CIA direktoru Uilyam Börnsün və Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin Çinin yüksələn nizamyaradıcı gücünə işarə etməsi təsadüfi deyil. Aqşin Kərimov - DİA.AZ Geri qayıt |