- Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ-də Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı gizli görüş keçirdiyi məlumatları yayılır,
- Rusiya bu məlumatı təkzib edir, ABŞ isə nə təsdiq, nə də təkzib edir,
- Bundan sonra Ərdoğan-Zelenski danışıqları keçirilir,
- Azov komandirlərinin qaytarılması ikitərəfli deyil, çoxtərəfli masada verilən qərarların nəticəsidir,
- Böyük ehtimalla Ərdoğan bunun müqabilində NATO liderlərinin sammitində Alyansın aparıcı güclərindən dəstək almağı hədəfləyir - əsasən iqtisadi məsələlərdə, PKK-ya qarşı mübarizədə və Cənubi Qafqaz oxunda,
- Azov komandirlərinin Ukraynaya təhvil verilməsi, mümkün Rusiya-Ukrayna danışıqlarında Türkiyənin vasitəçilik profilini yüksəldir,
- Türkiyə Rusiya üçün Suriyada və Cənubi Qafqazda yarana biləcək boşluqlara dolaraq Moskva ilə danışıqlarda üstün mövqelərə çıxmaq istəyir,
- Hərçənd, Suriyada hələ də böyük üstünlük Rusiyadadır və Ankara ilə Moskva bir-birləri ilə qarşıdurma xəttinə getməkdə maraqlı deyillər,
- Bütün bunların fonunda CIA direktoru Uilyam Börnsün və Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin Çinin yüksələn nizamyaradıcı gücünə işarə etməsi təsadüfi deyil.
Aqşin Kərimov - DİA.AZ