Ermənistanın infrastruktur naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan Nikol Paşinyanın iştirak etdiyi təcili iclasa çağırılıb.
“Qafqazinfo” bu barədə “Sputnik Ermənistan”a istinadən xəbər verir.
Qeyd olunur ki, onlar Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi yazıblar.
Məlumatlara görə, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan da istefa verib.
Yayılan digər informasiyaya görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da tutduğu vəzifədən istefa ərizəsi yazıb.
Səs-küylü istefaların hələ rəsmi təsdiqi yoxdur. Baş nazirin tezliklə qərar verəcəyi gözlənilir.
Qeyd edilir ki, bütün bunlar Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrinə verdiyi töhmətdən sonra baş verməsi əlamətdardır.