Əsas Səhifə > Dünya > Qiyamətə qədər sürəcək SAVAŞ...
Qiyamətə qədər sürəcək SAVAŞ...26-10-2024, 12:25 |
İsrail İrana hücumun başa çatdığını elan edib: nüvə və enerji obyektlərini hədəfə almamaqla ABŞ-ın istəyinin əleyhinə çıxmadılar; bu məqam göstərir ki, böyük müharibədə İran maraqlı olmadığı kimi, İsrail də başda ABŞ olmaqla müttəfiqlərinin tam dəstəyini almadan belə bir döyüşə girmək istəmir; Cavab xarakteri daşıyan hücum İsrailə bir neçə aspektdən lazımdır: - İranın İsrailə hücumunun cavabsız qalması onun "müqavimət oxu"nda zədələnmiş nüfuzunu qorumağa imkan verirdi: bu hücumla İranın "toxunulmaz olmadığı"nı göstərir; - Proksi qüvvələrlə aparılan müharibəyə İranın müdaxiləsini məhdudlaşdırmağa çalışır; İsrail-İran qarşıdurması hələki idarəolunan olunan vəziyyətdədir, lakin istənilən vaxt nəzarətdən çıxması təhlükəsi aktual olaraq qalır. Son hücumla Haniyənin ölümündən sonra Tehran-Təl-Əviv qarşıdurmasının daha bir səhifəsi bağlanır, növbəti səhifədə husilərin hədəfə alınacağı və yeni hücumların motivinə çevriləcəyi ehtimalı böyükdür. Asif Nərimanlı - "DİA-AZ" Geri qayıt |