Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Tarix: 26-10-2024, 12:25 |
Çap et
İsrail İrana hücumun başa çatdığını elan edib: nüvə və enerji obyektlərini hədəfə almamaqla ABŞ-ın istəyinin əleyhinə çıxmadılar; bu məqam göstərir ki, böyük müharibədə İran maraqlı olmadığı kimi, İsrail də başda ABŞ olmaqla müttəfiqlərinin tam dəstəyini almadan belə bir döyüşə girmək istəmir;
Cavab xarakteri daşıyan hücum İsrailə bir neçə aspektdən lazımdır:
- İranın İsrailə hücumunun cavabsız qalması onun "müqavimət oxu"nda zədələnmiş nüfuzunu qorumağa imkan verirdi: bu hücumla İranın "toxunulmaz olmadığı"nı göstərir;
- Proksi qüvvələrlə aparılan müharibəyə İranın müdaxiləsini məhdudlaşdırmağa çalışır;
İsrail-İran qarşıdurması hələki idarəolunan olunan vəziyyətdədir, lakin istənilən vaxt nəzarətdən çıxması təhlükəsi aktual olaraq qalır. Son hücumla Haniyənin ölümündən sonra Tehran-Təl-Əviv qarşıdurmasının daha bir səhifəsi bağlanır, növbəti səhifədə husilərin hədəfə alınacağı və yeni hücumların motivinə çevriləcəyi ehtimalı böyükdür.
Asif Nərimanlı - "DİA-AZ"