“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zövlə kəndində olub.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Rövşən Qələmirzə oğlu Tarverdiyev tüfəngdən atəş açaraq özünə xəsarət yetirib. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Döş qəfəsini dəlib keçən güllə yarasına görə əməliyyat edilib.
Qeyd edək ki, Bakıda yaşayan R.Tarverdiyev dünən anasının il mərasiminə gedibmiş.