Parisin SAXTA MAHİYYƏTİ... .....                     Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş .....                     ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi .....                     Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı .....                     Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Qanunların himayəsində .....                     "Zelenskinin alternativi yoxdur" .....                     Tehran Vaşinqtona məxfi mesaj göndərib .....                     Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir .....                     MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb .....                     “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək .....                     “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var .....                     Zakir Fərəcov səyyar qəbul keçirdi .....                     Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi .....                     Anasının il mərasiminə getmişdi, özünü güllələdi .....                     Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb .....                     Ermənistan COP29-a GƏLƏCƏK? .....                     Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib .....                     Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... .....                     Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir? .....                     Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? .....                     Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? .....                     Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ .....                     Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi .....                     Azərbaycan üçün sevindirici proqnoz .....                     Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib .....                     Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi .....                     Başçı təzə olsa da... .....                     İngiltərə şirkəti Azərbaycanda ləğv edilir .....                     Müştərilər ən çox bu banklardan şikayət edirlər .....                     “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir .....                     Əlində Quran gəldi, bağışladım .....                     Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır .....                     Valeh Allahverdiyev Bakı həbsxanasında .....                     Ermənilərin atdığı raket evini yararsız vəziyyətə saldı, rəsmi qurumlar hələ də təmir etmir... .....                     Digər erməni politoloqundan fərqli mövqe: Ümid Trampadır .....                     Tramp Maskın 300 milyardına şərik olacaq? .....                     Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü .....                     Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” .....                 

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Tarix: Bu gün, 18:30 | Çap et
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Sammitin moderatoru, Millətlər Birliyi təşkilatının Baş katibi Patrisia Skotlend ilk sözü Azərbaycan Prezidentinə verərək qeyd etdi ki, bugünkü tədbiri Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyev ilə açmaqdan şərəf hissi duyuram. Cənab Prezident Azərbaycan iqtisadiyyatının tam və yaddaqalan transformasiyasına nail olub. Biz onun iqlim fəaliyyətində rolunun artmasının, daha güclü beynəlxalq tərəfdaşlığın qurulmasının, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Millətlər Birliyi kimi təşkilatlar vasitəsilə əməkdaşlığı gücləndirdiyinin şahidiyik.

Prezident İlham Əliyev çıxışının əvvəlində Azərbaycanın COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərin yeni, daha yüksək səviyyəyə qalxdığını qeyd edərək bildirdi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir, onlara maddi və texniki dəstək göstərmək lazımdır ki, ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.

Dövlət başçısı Azərbaycanın kiçik ada dövlətlərinə birmənalı dəstək nümayiş etdirdiyini vurğuladı: “Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.

Azərbaycan Prezidenti qeyd etdi ki, həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərlərinin Azərbaycana səfər etdiyini vurğulayan dövlət başçısı diqqətə çatdırdı ki, qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.

Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırdığını qeyd edən Prezident ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi - “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmasını xatırlatdı.

Neokolonializm və iqlim dəyişmələrinə diqqət çəkən Prezident bildirdi ki, Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsinin bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulduğunu vurğulayan dövlət başçısı bu gün, XXI əsrdə də onların da müstəmləkə hakimiyyətindən əziyyət çəkdiklərini diqqətə çatdırdı.

Dövlət başçımız çıxışının sonunda dedi: “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”.

Səlim Məmmədov
Abşeron rayonu, Masazır kənd 5 saylı tam orta məktəbin direktoru
"DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Bu gün, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Bu gün, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Bu gün, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Bu gün, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Bu gün, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Bu gün, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Bu gün, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Bu gün, 18:30
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Bu gün, 18:21
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Bu gün, 18:14
“Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Bu gün, 18:11
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Bu gün, 18:07
Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Bu gün, 18:05
Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Bu gün, 17:59
Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:58
Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Bu gün, 17:55
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Bu gün, 17:51
Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 17:48
"3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Bu gün, 17:44
Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Bu gün, 17:40
Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Bu gün, 17:35
Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Bu gün, 17:31
Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Bu gün, 17:24
Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:22
Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Bu gün, 17:19
Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Bu gün, 17:17
Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Bu gün, 17:11
Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Bu gün, 17:07
İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Bu gün, 17:03
Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Bu gün, 17:00
“Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Bu gün, 16:56
Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Bu gün, 16:53
Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Bu gün, 16:52
Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 16:51
Ermənilərin atdığı raket evini yararsız vəziyyətə saldı, rəsmi qurumlar hələ də təmir etmir... – GƏNCƏ SAKİNİ ŞİKAYƏTÇİDİR
Bu gün, 16:48
Digər erməni politoloqundan fərqli mövqe: Ümid Trampadır - GƏLİŞMƏ
Bu gün, 16:44
Tramp Maskın 300 milyardına şərik olacaq? – Onların dostluğu...
Bu gün, 16:42
Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
Bu gün, 16:41
Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Bu gün, 14:02
İranı çox çətin keçəcək 4 il gözləyir - AKTUAL
Bu gün, 14:00
“Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq
Bu gün, 13:58
"“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." - NARAZILIQ VAR...
Bu gün, 12:13
Köçəryanla bağlı qandonduran fakt: - Cangüdəni ayaqyolunda...
Bu gün, 12:08
“Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi - “Jewish Press”
Bu gün, 12:04
"Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır" - Vəkildən ETİRAZ
Bu gün, 11:55
"Ona dəyən daş mənə dəysin" - Keçmiş ərindən DANIŞDI
Bu gün, 11:51
Bakıda araqdan zəhərlənən kişi öldü
Bu gün, 11:49
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:44
Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR... - İDDİA
Bu gün, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru