Əməkdar artist Rühəngiz Allahverdiyeva həyat yoldaşından ayrılma səbəbini açıqlayıb.
Lent.az xəbər verir ki, müğənni bu barədə qatıldığı teleproqramda danışıb.
"Həyat yoldaşıma dedim ki, maşın istəyirəm. Bir sənət dostum dedi öyrədəcəyəm. O, mən və bacısı, 3 nəfər birlikdə 1 saatlıq maşın sürməyə getdik. Qəza keçirtdim. Sonra bunu elə şişirdib yazdılar, elə qara söhbətlər elədilər...
Ondan sonra həyat yoldaşım məndən ayrıldı. Məni çox istəyib, indi də hörmətimi saxlayır. Ona dəyən daş mənə dəysin. Bir həyat oldaşı səni söyməyib, döyməyib, nə deyəcəksən onun haqqında?"