ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi .....                     Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı .....                     Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Qanunların himayəsində .....                     "Zelenskinin alternativi yoxdur" .....                     Tehran Vaşinqtona məxfi mesaj göndərib .....                     Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir .....                     MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb .....                     “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək .....                     “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var .....                     Zakir Fərəcov səyyar qəbul keçirdi .....                     Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi .....                     Anasının il mərasiminə getmişdi, özünü güllələdi .....                     Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb .....                     Ermənistan COP29-a GƏLƏCƏK? .....                     Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib .....                     Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... .....                     Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir? .....                     Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? .....                     Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? .....                     Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ .....                     Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi .....                     Azərbaycan üçün sevindirici proqnoz .....                     Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib .....                     Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi .....                     Başçı təzə olsa da... .....                     İngiltərə şirkəti Azərbaycanda ləğv edilir .....                     Müştərilər ən çox bu banklardan şikayət edirlər .....                     “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir .....                     Əlində Quran gəldi, bağışladım .....                     Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır .....                     Valeh Allahverdiyev Bakı həbsxanasında .....                     Ermənilərin atdığı raket evini yararsız vəziyyətə saldı, rəsmi qurumlar hələ də təmir etmir... .....                     Digər erməni politoloqundan fərqli mövqe: Ümid Trampadır .....                     Tramp Maskın 300 milyardına şərik olacaq? .....                     Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü .....                     Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” .....                     İranı çox çətin keçəcək 4 il gözləyir .....                     “Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq .....                 

Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
Tarix: Bu gün, 16:41 | Çap et
Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü
Sumqayıt şəhərində 1983-cü il təvəllüdlü Mübariz Qəhrəmanov mübahisə zamanı anası Qəşəngülü qətlə yetirib.

Mübariz sərxoş vəziyyətdə 1959-cu il təvəllüdlü anası Qəşəngüldən pul istəyib. Anası ona pul verməkdən imtina edib, pis adamlara qoşulduğunu bildirib, təzəcə vəfat eləmiş atasının ünvanına nalayiq söyüşlər işlədib.

Mübariz qisas niyyəti ilə anasını öldürmək qərarına gəlib. 3 fevral 2024-cü ildə saat 11:00-da anasının yaşadığı mənzilə gəlib. Qonaq otağında Qəşəngülə 2007-ci il təvəllüdlü nəvəsinin gözü qarşısında bıçaq zərbələr vurub. Ümumilikdə 8 bıçaq xəsarəti alan qadın vəfat edib.

İstintaq orqanı tərəfindən Mübarizin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sumqayıt şəhəri 28 saylı orta məktəbin 11-ci sinfini bitirib, hərbi xidmətdə olmayıb: “Məktəbi bitirdikdən sonra fəhlə kimi fəaliyyət göstərmişəm. 2013-ci ildə Mənsudə ilə ailə həyatı qurmuşam. Bu nikahdan 2014-ci il təvəllüdlü Hüseyn, 2016-ci ildə Ayşə adlı övladlarımız dünyaya gəlib. Əvvəllər Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə məhkuml olunmuşam. Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdayam, şizofreniya xəstəliyindən əziyyət çəkirəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2013-cü ildə ailə həyatı qurduqdan sonra arvadı Mənsidə və anası Qəşəngüllə birlikdə yaşamağa başlayıb: “İlk vaxtlar ailə münasibətlərimiz yaxşı olsa da, sonralar mənim psixi problemləri yarandığından Mənsudə ilə aramızda tez-tez münaqişələr baş verirdi. Buna görə arvadım 2016-cı ildə övladlarımı da götürərək Hacıqabul rayonuna ata evinə getdi. Mənsudədən rəsmi olaraq boşandım.

Mənsudə məni tərk etdikdən sonra anamla yaşamışam. Arvadımın övladlarımı da götürərək ata evinə getməsi mənə çox pis təsir etdi. Həmin vaxtdan hər gün spirtli içki qəbul edərək yaşadığım evə gec gəlməyə başladım. Anam hər dəfə məni danlayaraq pis vərdişlərə qurşandığımı və düzgün olmayan insanlarla oturub-durduğumu deyib tənbeh etdi. Evə içib gəldiyimə, hər xırda məsələyə görə söz-söhbət yaratdığıma görə Qəşəngül mənimlə qalmaq istəmədi. Buna görə tez-tez bacım Sevilin yaşadığı evə getməli olurdu”.

Mübarizin sözlərinə görə, atası Əvəz 2022-cü ilin ortalarında vəfat edib: “Qəşəngül əvvəllər mənə tez-tez pul verib, hər qayğımla maraqlansa da, son zamanlar soyuq davranmağa başladı. Fevralın 3-dək bir neçə dəfə sərxoş vəziyyətdə gec evə gələrək anamdan pul istəsəm də, o, pul verməkdən imtina elədi, mənim pis adamalara qoşulduğumu söylədi, təəz vəfat etmiş atamın ünvanına nalayiq söyüşlər söydü. Bu hal bir neçə dəfə təkrarlandığından anamı öldürmək qərarına gəldim.

Qəşəngülün pul verməkdən imtina etməsi yox, bir neçə dəfə pis adamalara qoşulduğumu deyərək ölmüş atama nalayiq söyüşlər söyməsi mənə pis təsir etdi. Mən arada fəhləlik edərək gündəlik xərclərimi qarşılamışam, pula ehtiyacım olmayıb”.

Mübariz bildirib ki, saat 10:00-da anasını öldürmək məqsədilə evdən mətbəx bıçağını götürüb, paketə qoyaraq anasının yaşadığı evə gəlib: “Mən saat 11:00-da qapını döydüm. Qəşəngül qapını açdı. Ona “səninlə işim var” deyərək birlikdə mənzilin qonaq otağına keçdik. Qonaq otağının qapısını örtdüm. Lakin açarla bağlamadım. Qəşəngül mənə irad bildirərək “həmişə məni öpərdin, indi öpmədin” dedi. Sonra oturmağı təklif etdi. Mən tələsdiyimi, qısa müddətdə söhbət edərək gedəcəyimi dedim.

Anamdan nə üçün mənim pis adamalara qoşulduğumu söyləyərək ölmüş atamın ünvanına nalayiq söyüşlər söydüyünü soruşdum. O əsəbi olduğunu dedi”.

Mübarizin ifadəsinə görə, rəngli paketdən özü ilə gətirdiyi bıçağı götürüb, anasının qışqırmamağı üçün əli ilə ağzını tutub, sonra əlini bıçağa ataraq öncə qarın nahiyəsinə vurub: “Bıçaqla anamın boğazını kəsmək istədim. Anam buna mane olduğu üçün məqsədimə çata bilmədim. Boyun-boğaz nahiyələrinə bıçaqla zərbələr endirməyə başladım. Qəşəngül zərbələrin təsirindən yerə yıxıldı. Yerdə də iki bıçaq zərbəsi vurdum.

Qəşəngülün yerdə olarkən boğaz nahiyəsinə vurduğum iki bıçaq zərbəsinin səsinə bacım qızı Aytən gəldi. Aytən bıçağı əlimdən almaq üçün üzərimə gəldi. Lakin qorxub məndən uzaqlaşdı.

Daha sonra mənzildən çıxaraq hadisə yerini tərk etdim. Qəşəngül mənə müqavimət göstərərkən bıçaq sol əlimi kəsdi. Ehtiyatsızlıq etdim, xəsarət almağımla bağlı kimsədən şikayətim yoxdur. Bir müddətdən sonra küçədə gəzərkən polis əməkdaşları tərəfindən saxlanıldım. Anamı bıçaqla vurmaqda məqsədim onu öldürmək olub”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mübariz 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Teleqraf.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Bu gün, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Bu gün, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Bu gün, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Bu gün, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Bu gün, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Bu gün, 18:30
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Bu gün, 18:21
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Bu gün, 18:14
“Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Bu gün, 18:11
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Bu gün, 18:07
Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Bu gün, 18:05
Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Bu gün, 17:59
Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:58
Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Bu gün, 17:55
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Bu gün, 17:51
Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 17:48
"3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Bu gün, 17:44
Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Bu gün, 17:40
Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Bu gün, 17:35
Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Bu gün, 17:31
Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Bu gün, 17:24
Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:22
Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Bu gün, 17:19
Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Bu gün, 17:17
Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Bu gün, 17:11
Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Bu gün, 17:07
İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Bu gün, 17:03
Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Bu gün, 17:00
“Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Bu gün, 16:56
Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Bu gün, 16:53
Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Bu gün, 16:52
Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 16:51
Ermənilərin atdığı raket evini yararsız vəziyyətə saldı, rəsmi qurumlar hələ də təmir etmir... – GƏNCƏ SAKİNİ ŞİKAYƏTÇİDİR
Bu gün, 16:48
Digər erməni politoloqundan fərqli mövqe: Ümid Trampadır - GƏLİŞMƏ
Bu gün, 16:44
Tramp Maskın 300 milyardına şərik olacaq? – Onların dostluğu...
Bu gün, 16:42
Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
Bu gün, 16:41
Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Bu gün, 14:02
İranı çox çətin keçəcək 4 il gözləyir - AKTUAL
Bu gün, 14:00
“Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq
Bu gün, 13:58
"“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." - NARAZILIQ VAR...
Bu gün, 12:13
Köçəryanla bağlı qandonduran fakt: - Cangüdəni ayaqyolunda...
Bu gün, 12:08
“Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi - “Jewish Press”
Bu gün, 12:04
"Zaur Baxşəliyev ölüm işinə aid istintaq materiallarını yayır" - Vəkildən ETİRAZ
Bu gün, 11:55
"Ona dəyən daş mənə dəysin" - Keçmiş ərindən DANIŞDI
Bu gün, 11:51
Bakıda araqdan zəhərlənən kişi öldü
Bu gün, 11:49
Naxçıvanda BALIQ BİZNESİ İNHİSARA ALINDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:44
Fuad Nəcəflinin ilin sonuna qədər VAXTI VAR... - İDDİA
Bu gün, 11:41
“O sevgi mənə ömürlük bəs edib”
Bu gün, 11:32
AYNA “BOLT”u hədələdi... - "...ciddi tədbirlər görüləcək"
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru