Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır .....                     Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi .....                     "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub .....                     TAKSİ DƏLƏDUZLUĞU... .....                     Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü .....                     "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" .....                     Ali nümayəndədən ibtidai fikirlər .....                     Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı .....                     "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." .....                     “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” .....                     Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” .....                     Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu .....                     Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı .....                     Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? .....                     Gənc şair faciəvi şəkildə öldü .....                     Parisin SAXTA MAHİYYƏTİ... .....                     Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş .....                     ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi .....                     Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı .....                     Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Qanunların himayəsində .....                     "Zelenskinin alternativi yoxdur" .....                     Tehran Vaşinqtona məxfi mesaj göndərib .....                     Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir .....                     MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb .....                     “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək .....                     “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var .....                     Zakir Fərəcov səyyar qəbul keçirdi .....                     Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi .....                     Anasının il mərasiminə getmişdi, özünü güllələdi .....                     Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb .....                     Ermənistan COP29-a GƏLƏCƏK? .....                     Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib .....                     Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... .....                     Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir? .....                     Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? .....                     Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? .....                     Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ .....                     Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi .....                 

Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Tarix: Dünən, 23:14 | Çap et
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqları ilə bağlı parlamentdə geniş çıxış edib, daha sonra öz fikirlərini sistemli şəkildə X platformasında yazıb. O, ötən ay Kazanda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən ətraflı bəhs edib, sülh müqaviləsinə mane olan səbəblər, nəqliyyat-kommunikasiya xətlərinin açılması barədə yeni fikirlər səsləndirib.

Baş nazir bildirib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll variantına malik ola bilərlər. “Biz bu təklifi Azərbaycana yazılı şəkildə çatdırmışıq”, - deyən Paşinyan, təklifin məzmununu açıqlamayıb.

Baş nazir bir daha iddia edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yoxdur, Azərbaycan Konstitusiyasında isə Ermənistana qarşı ərazi iddiaları var. Lakin Ermənistan tərəfi iki səbəbə görə belə bir iddia irəli sürmür – Paşinyan qeyd edib. Birincisi, prosesin dalana dirənməməsi üçün, ikincisi, imzalanmış saziş daxili qanunvericilikdən üstün olacaq. Paşinyan konstitusiya dəyişikliklərini də istisna etməyib:

“Konstitusiya Məhkəməsi sülh sazişinin mətninin Konstitusiyaya uyğun gəlmədiyinə qərar verərsə, Ermənistan Konstitusiyaya düzəlişlər etmək təşəbbüsü ilə çıxış edə bilər”.

Baş nazirin Azərbaycanla dinc yaşamaq üçün yeni ideyası var: İki ölkə arasında strateji müqavilə bağlamaq. O, Kazan danışıqlarında İlham Əliyevlə bu barədə ətraflı söhbət etdiklərini qeyd edib. Paşinyan Azərbaycan Prezidenti ilə indiyədək heç vaxt belə uzun söhbətinin olmadığını, danışıqlardan razı qaldığını, bunun ən vacib məsələ olduğunu vurğulayıb.

Nikol Paşinyan deyib ki, hökumətin strateji razılaşma ilə bağlı təsəvvürü var, o, real Ermənistan konsepsiyasına əsaslanacaq. Baş nazir Azərbaycan Prezidentinin təklifə necə reaksiya verdiyini açıqlamayıb.

Baş nazir daha sonra X səhifəsində yazıb:

Ermənistan qanunvericiliyinə görə, sülh müqaviləsi imzalandıqdan sonra parlament tərəfindən ratifikasiya edilməlidir. Bundan əvvəl Hökumət müqavilənin Ermənistan Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə təqdim etməyə borcludur;

Ermənistan Respublikası Konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən, ratifikasiya edilmiş beynəlxalq müqavilələrin normaları ilə daxili qanunların normaları arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin normaları üstünlük təşkil edir;

Beləliklə, Ermənistan və Azərbaycan arasında Sülh Müqaviləsi parlament tərəfindən ratifikasiya edildikdən sonra Ermənistan Respublikasının qanunları və digər normativ hüquqi aktlardan üstün hüquqi qüvvə əldə edəcək;

Konstitusiya Məhkəməsi Sülh Müqaviləsi mətninin Konstitusiyaya uyğun olmadığına qərar verərsə (Konstitusiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarından sonra proseslərdə belə bir inkişaf ehtimalı az olsa da), Ermənistan, çox güman ki, konstitusiya dəyişiklikləri təşəbbüsü ilə çıxış edəcək;

Konstitusiya Məhkəməsi Sülh Müqaviləsi mətninin Konstitusiyaya uyğun olduğunu müəyyən edərsə, o, ölkə parlamentində ratifikasiya prosesinə keçəcək;

Sülh müqaviləsinin razılaşdırılmış hissəsindəki digər maddədə deyilir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, bir-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə belə iddialarla çıxış etməməyə borcludurlar;

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılmış hissəsində belə bir müddəa var ki, tərəflərdən heç biri bu sazişin həyata keçirilməməsi üçün əsas olaraq daxili qanunvericiliyə istinad edə bilməz…

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, Ermənistan və Azərbaycan dəmir yolu xəttinin işə salınması ilə bağlı intensiv danışıqlar aparır. Xarici işlər naziri həmin danışıqlarda hansı rəsmilərin iştirak etdiyi barədə ətraflı məlumat verməyib.

Məlumdur ki, bu ayın əvvəlində keçirilən görüşdə sərhədin demarkasiyası işlərinin koordinatorları Mher Qriqoryan və Şahin Mustafayev nəqliyyat əlaqəsi məsələsini ayrıca müzakirə ediblər. Bundan əvvəl Azərbaycan və Ermənistan Rusiya tərəfinin vasitəçiliyi ilə blokadanın aradan qaldırılması ilə bağlı danışıqlar aparırdılar. Ermənistan hökuməti hətta ilkin hesablama aparıb ki, dəmir yolunun tikintisi təxminən 200 milyon dollara başa gələcək.

Xatırladaq ki, Bakı və İrəvan dörd ildir, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı danışıqlar aparır, indiyədək heç bir nəticə yoxdur. Erməni tərəfi dəhliz məntiqinin əleyhinədir və Azərbaycan bu illər ərzində “Zəngəzur dəhlizi” ifadəsini işlədərək, özünün Naxçıvan eksklavına yoxlamasız keçməyi tələb edir.

Beləliklə, Nikol Paşinyanın yuxarıda qeyd olunan fikirləri və təkliflərinin hansı məqsəd daşıdığı aktuallaşır. Maraqlıdır, Paşinyanın əsas hədəfi nədir?

Politoloq Fərhad Məmmədov Ermənistan liderinin qeyd olunan çıxışını Pressklub.az-a belə şərh edib: “Görünən odur ki, Paşinyan Bayden administrasiyası dövründə Azərbaycanla münasibətlərdə maksimum irəliləyiş əldə etmək niyyətini nümayiş etdirir. Bu da onunla bağlıdır ki, Bayden dövrü gələn il yanvarın 20-də başa çatacaq. Paşinyan isə Azərbaycanı maraqlandıran mövzularla bağlı öz fikirlərini irəli sürüb. Biz anlamalıyıq ki, Azərbaycanla Ermənistan arasında ziddiyyətli məsələlər təkcə sülh sazişi ilə bağlı deyil. Burada Minsk qrupunun buraxılması, Ermənistan qanunverciiyinin təmizlənməsi istiqamətində də fikirlər irəli sürülsəydi, Paşinyanın fikirləri daha dolğun olardı”.

F. Məmmədov Baş nazirin nəqliyyat-kommunikasiya xətlərinin açılmasından danışmasının əsas etibarı ilə Azərbaycanın gözləntilərindən birinin reallaşması demək olduğunu qeyd edib. “Hamı Trampın yeni prezidentlik dövrünə hazırlaşır. Yəni bu dövr gələnə qədər öz məsələlərini ya həll etsinlər, öz mövqelərini gücləndirsinlər. Düşünürəm ki, Paşinyanın təkliflərini bununla izah etmək olar”, - o, vurğulayıb.

Politoloq Elxan Şahinoğlu əvvəlcə belə sual ünvanlayır: Paşinyan iki xalqın dinc yaşaması məqsədilə strateji sazişin imzalanmasının vacib olduğunu bildirsə də, ona müxalif olan qüvvələr, o cümlədən erməni kilsəsi bunu istəyirmi?

Ekspert hesab edir ki, Paşinyan birinci bu suala cavab tapmalıdır: “Çünki Ermənistandakı anti-Azərbaycan qüvvələr bir gün Paşinyanı devirərlərsə və ya seçki yolu ilə hakimiyyətə gələrlərsə, iki ölkə arasında dinc yaşamanı əsas tutan sazişə qarşı çıxacaqlar. Ona görə də Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə yanaşı Azərbaycanla strateji sazişin imzalanmasıyla bağlı da referenduma ehtiyac yarana bilər. Ermənilərin mütləq əksəriyyəti Paşinyanın Azərbaycanla “strateji saziş” ideyasına səs verərlərsə, bu halda müxalifət əngəli ortadan qaldırılacaq”.

Paşinyanın regional kommunikasiyaların açılması ilə bağlı dediklərinə gəldikdə, E.Şahinoğlu vurğulayır ki, Baş nazirin tələsməsinin səbəbi İranla bağlıdır. “Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yolun İran üzərindən tikintisinə dair çalışmalar sürətlənib. Paşinyan Zəngəzur dəhlizinin açılmasıyla bağlı Bakı ilə razılaşmanı bir müddət də uzatsa, yeni yol İrandan keçəcək və Ermənistan oyundankənar vəziyyətdə qalacaq. Buna görə də hazırda rəqabət İranla Ermənistan arasında gedir. Azərbaycan üçün bu rəqabətdə hansı ölkənin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir”, - politoloq qeyd edib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14
“Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07
Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05
Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59
Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51
Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48
"3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44
Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40
Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35
Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31
Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24
Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22
Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19
Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17
Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11
Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07
İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03
Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00
“Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56
Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53
Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52
Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru