Əsas Səhifə > Dünya > Rusiya İmperiyasının bərpası planı gizli şəkildə işə salınıb
Rusiya İmperiyasının bərpası planı gizli şəkildə işə salınıb17-04-2014, 09:41 |
Rusiya xüsusi xidmət orqanları Latviyanı işğal etmək üçün gizli ictimai araşdırmalar aparıblar. “Axar.az” xəbər verir ki, bunu Avropa Parlamentinin keçmiş-vitse prezidenti Yatsek Sariuş-Volski deyib. “Avropa Birliyi elə başa düşür ki, Rusiyanın əsas işğal ünvanı Ukraynadır. Amma belə deyil. Söhbət Sovet İttifaqı imperiyasının bərpasından gedir”, - deyə Volski Espresso TV-yə açıqlamasında deyib. Deputatın sözlərinə görə, Rusiya Federasiyası Krım kimi bir neçə ərazini özünə birləşdirməyi planlaşdırır: “İndi biz hadisələri izləyirik, ən çox narahatlıq doğruran Latviyadır. Krımın işğalından əvvəl Latviyada gizli şəkildə ictimai sorğu keçirilib. Bu, Rusiya imperiyasının bərpasının böyük planlarından biridir”. Geri qayıt |