Rusiya İmperiyasının bərpası planı gizli şəkildə işə salınıb - Latviyanın başı üzərində qara buludlar
Tarix: 17-04-2014, 09:41 |
Çap et
Rusiya xüsusi xidmət orqanları Latviyanı işğal etmək üçün gizli ictimai araşdırmalar aparıblar.
“Axar.az” xəbər verir ki, bunu Avropa Parlamentinin keçmiş-vitse prezidenti Yatsek Sariuş-Volski deyib.
“Avropa Birliyi elə başa düşür ki, Rusiyanın əsas işğal ünvanı Ukraynadır. Amma belə deyil. Söhbət Sovet İttifaqı imperiyasının bərpasından gedir”, - deyə Volski Espresso TV-yə açıqlamasında deyib.
Deputatın sözlərinə görə, Rusiya Federasiyası Krım kimi bir neçə ərazini özünə birləşdirməyi planlaşdırır: “İndi biz hadisələri izləyirik, ən çox narahatlıq doğruran Latviyadır. Krımın işğalından əvvəl Latviyada gizli şəkildə ictimai sorğu keçirilib. Bu, Rusiya imperiyasının bərpasının böyük planlarından biridir”.