Əsas Səhifə > Dünya, Güney Press > “Kiyev Kramatorsk şəhərində başlanan xüsusi əməliyyatı dayandırmaq fikrində deyil”
“Kiyev Kramatorsk şəhərində başlanan xüsusi əməliyyatı dayandırmaq fikrində deyil”3-05-2014, 10:33 |
Rəsmi Kiyev Ukraynanın Kramatorsk şəhərində başlanan xüsusi əməliyyatın aktiv fazasını dayandırmaq fikrində deyil. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün “Facebook” səhifəsində yazıb. “Xüsusi əməliyyatın aktiv fazası sübh tezdən bərpa olunub. Dayanmırıq” - deyə nazir qeyd edib. Onun sözlərinə görə, Kramatorskda televiziya qülləsi separatçılardan geri alınıb. Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın döyüşçüləri həyata keçirib. Qeyd edək ki, əməliyyat zamanı 9 nəfər güllə yarası alıb. Onlardan biri xəstəxanada keçinib. Geri qayıt |