“Kiyev Kramatorsk şəhərində başlanan xüsusi əməliyyatı dayandırmaq fikrində deyil”
Tarix: 3-05-2014, 10:33 |
Çap et
Rəsmi Kiyev Ukraynanın Kramatorsk şəhərində başlanan xüsusi əməliyyatın aktiv fazasını dayandırmaq fikrində deyil.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün “Facebook” səhifəsində yazıb.
“Xüsusi əməliyyatın aktiv fazası sübh tezdən bərpa olunub. Dayanmırıq” - deyə nazir qeyd edib. Onun sözlərinə görə, Kramatorskda televiziya qülləsi separatçılardan geri alınıb. Əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın döyüşçüləri həyata keçirib.
Qeyd edək ki, əməliyyat zamanı 9 nəfər güllə yarası alıb. Onlardan biri xəstəxanada keçinib.