Əsas Səhifə > Dünya > Braziliyada prezidentliyə namizəd təyyarə qəzasında ölüb
Braziliyada prezidentliyə namizəd təyyarə qəzasında ölüb14-08-2014, 10:40 |
Braziliyada Sosialist partiyasının prezidentliyə namizədi Eduardo Campos Santos şəhərində təyyarə qəzasında ölüb. Campos-un olduğu özəl təyyarə yaşayış məntəqəsində düşüb. 10 nəfərin xəsarət aldığı bildirilir. San Paolo şəhərindən təxminən 60 km aralıda baş verən qəzanın səbəbləri hələlik məlum deyil. Braziliya prezidenti Dilma Rousseff 3 günlük matəm elan edib və seçkiqabağı kampaniyasını dayandırıb. Braziliyada prezident seçkiləri oktyabrın 5-də keçiriləcək. Geri qayıt |