Braziliyada prezidentliyə namizəd təyyarə qəzasında ölüb
Tarix: 14-08-2014, 10:40 |
Çap et
Braziliyada Sosialist partiyasının prezidentliyə namizədi Eduardo Campos Santos şəhərində təyyarə qəzasında ölüb. Campos-un olduğu özəl təyyarə yaşayış məntəqəsində düşüb. 10 nəfərin xəsarət aldığı bildirilir.
San Paolo şəhərindən təxminən 60 km aralıda baş verən qəzanın səbəbləri hələlik məlum deyil.
Braziliya prezidenti Dilma Rousseff 3 günlük matəm elan edib və seçkiqabağı kampaniyasını dayandırıb.
Braziliyada prezident seçkiləri oktyabrın 5-də keçiriləcək.