Əsas Səhifə > Dünya > Qəzzada zorakılıqlar atəşkəsi təhlükə altında qoyur
Qəzzada zorakılıqlar atəşkəsi təhlükə altında qoyur14-08-2014, 11:31 |
Atəşkəsə baxmayaraq İsrail ordusu Fələstin ərazisindən endirilən zərbələrə cavab olaraq Qəzza zolağını raket atəşinə tutub. Bu isə İsrail və Fələstin rəsmilərinin avqustun 13-də Qahirədə imzaladığı 5 günlük atəşkəs razılaşmasını təhlükə altında qoyur. Həmas rəsmiləri dağıntılara səbəb olan raket atəşinə görə məsuliyyəti üzərinə götürməyib. Avqustun 13-də Beit Lahiya şəhərində 5 fələstinli və Associated Press agentliyinin bir jurnalisti ölüb. Agentlik jurnalistin və onun fələstinli tərcüməçisinin öldüyünü təsdiqləyib. Associated Press-in fotoqrafı isə xəsarət alıb. İyulun 8-dən bəri İsrail və Fələstin arasında döyüşlərdə 1,950-dən artıq fələstinli və 67 israilli öldürülüb. Geri qayıt |