Qəzzada zorakılıqlar atəşkəsi təhlükə altında qoyur
Tarix: 14-08-2014, 11:31 |
Çap et
Atəşkəsə baxmayaraq İsrail ordusu Fələstin ərazisindən endirilən zərbələrə cavab olaraq Qəzza zolağını raket atəşinə tutub. Bu isə İsrail və Fələstin rəsmilərinin avqustun 13-də Qahirədə imzaladığı 5 günlük atəşkəs razılaşmasını təhlükə altında qoyur.
Həmas rəsmiləri dağıntılara səbəb olan raket atəşinə görə məsuliyyəti üzərinə götürməyib.
Avqustun 13-də Beit Lahiya şəhərində 5 fələstinli və Associated Press agentliyinin bir jurnalisti ölüb. Agentlik jurnalistin və onun fələstinli tərcüməçisinin öldüyünü təsdiqləyib. Associated Press-in fotoqrafı isə xəsarət alıb.
İyulun 8-dən bəri İsrail və Fələstin arasında döyüşlərdə 1,950-dən artıq fələstinli və 67 israilli öldürülüb.