Əsas Səhifə > Dünya > Erməni “soyqırımı”nı inkar etmək Yunanıstanda cinayət oldu

Erməni “soyqırımı”nı inkar etmək Yunanıstanda cinayət oldu


10-09-2014, 12:20
Erməni “soyqırımı”nı inkar etmək Yunanıstanda cinayət oldu
Yunanıstan parlamenti yeni qanun qəbul edib. “Media forum” saytı xəbər verir ki, qanun irqçilik, ksenofobiya zəminində zorakılığı qızışdırmağa və yunanların, ermənilərin “soyqırımı”nı, Xolokostu, nasizmi inkar etməyə görə məsuliyyət nəzərdə tutur.

Qanuna görə, “soyqırımı”nı inkar edənlər 3 aydan 3 ilədək həbs cəzası ilə cəzalandırılacaqlar. Bu, insanlıq əleyhinə cinayətləri, hərbi cinayətləri, Xolokostu və nasizmi inkar edənlərə də aiddir.

Parlamentin deputatları və məmurlar bu cür hərəkətlərə yol versələr, onları 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

Geri qayıt