Erməni “soyqırımı”nı inkar etmək Yunanıstanda cinayət oldu - BU DA YUNAN ŞƏRƏFSİZLİYİ
Tarix: 10-09-2014, 12:20 |
Çap et
Yunanıstan parlamenti yeni qanun qəbul edib. “Media forum” saytı xəbər verir ki, qanun irqçilik, ksenofobiya zəminində zorakılığı qızışdırmağa və yunanların, ermənilərin “soyqırımı”nı, Xolokostu, nasizmi inkar etməyə görə məsuliyyət nəzərdə tutur.
Qanuna görə, “soyqırımı”nı inkar edənlər 3 aydan 3 ilədək həbs cəzası ilə cəzalandırılacaqlar. Bu, insanlıq əleyhinə cinayətləri, hərbi cinayətləri, Xolokostu və nasizmi inkar edənlərə də aiddir.
Parlamentin deputatları və məmurlar bu cür hərəkətlərə yol versələr, onları 3 ildən 5 ilədək həbs cəzası gözləyir.