Əsas Səhifə > Dünya > 49 girov İŞİD-i yaradanlardan birinin ailəsi ilə dəyişdirilib
49 girov İŞİD-i yaradanlardan birinin ailəsi ilə dəyişdirilib22-09-2014, 09:15 |
Türkiyəli 49 girovun qarşılığında İŞİD-in önəmli nümayəndələrindən olan Hacı Bəkirin ailəsinin dəyişdirildiyi iddia edilir. Axar.az xəbər verir ki, Hacı Bəkir İŞİD-in quruclarından biri hesab edilir. Suriyada savaşan "Liva Əl-Tövid"in Türkiyə və İŞİD arasında vasitəçilik etdiyi və 49 girovun Türkiyəyə qaytarılması qarşılığında "Liva Əl-Tövhid"in Hacı Bəkirin ailəsini sərbəst buraxdığı vurğulanır. Qeyd edək ki, Hacı Bəkirin adı "Vikliks" sənədlərində də hallanır. Xatırladaq ki, bir müddət əvvəl İŞİD-ə yaxınlığı ilə tanınan saytlar Hacı Bəkirin ailəsinin "Liva Əl-Tövhid" tərəfindən ələ keçirildiyini bildirilmişdi. Geri qayıt |