49 girov İŞİD-i yaradanlardan birinin ailəsi ilə dəyişdirilib - Şok iddia
Tarix: 22-09-2014, 09:15 |
Çap et
Türkiyəli 49 girovun qarşılığında İŞİD-in önəmli nümayəndələrindən olan Hacı Bəkirin ailəsinin dəyişdirildiyi iddia edilir.
Axar.az xəbər verir ki, Hacı Bəkir İŞİD-in quruclarından biri hesab edilir.
Suriyada savaşan "Liva Əl-Tövid"in Türkiyə və İŞİD arasında vasitəçilik etdiyi və 49 girovun Türkiyəyə qaytarılması qarşılığında "Liva Əl-Tövhid"in Hacı Bəkirin ailəsini sərbəst buraxdığı vurğulanır.
Qeyd edək ki, Hacı Bəkirin adı "Vikliks" sənədlərində də hallanır.
Xatırladaq ki, bir müddət əvvəl İŞİD-ə yaxınlığı ilə tanınan saytlar Hacı Bəkirin ailəsinin "Liva Əl-Tövhid" tərəfindən ələ keçirildiyini bildirilmişdi.