Əsas Səhifə > Dünya > İran prezidenti Xəzəri bölmək üçün Həştərxana gedib

İran prezidenti Xəzəri bölmək üçün Həştərxana gedib


29-09-2014, 09:10
İran prezidenti Xəzəri bölmək üçün Həştərxana gedib
İran prezidenti Hassan Rohani Xəzər sammitində iştirak etmək üçün Rusiyaya gedib.

Azərbaycanın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın liderlərinin də qatılacağı sammit Həştərxanda keçirilir.

Tədbir sentyabrın 29-da başlayır.

Xəzəryanı sərhəd liderləri illərdir ki, Xəzərin hüquqi statusunu müəyyənləşdirmək üçün müzakirə aparırlar.

Hazırda Xəzərlə bağlı 1921 və 1940-cı illərdə İranla Rusiya arasındakı razılaşmalar qüvvədədir.

Azərbaycan, Qazaxıstan və Türkmənistan bu razılaşmaları qəbul etmir.

Geri qayıt