İran prezidenti Xəzəri bölmək üçün Həştərxana gedib
Tarix: 29-09-2014, 09:10 |
Çap et
İran prezidenti Hassan Rohani Xəzər sammitində iştirak etmək üçün Rusiyaya gedib.
Azərbaycanın, Qazaxıstanın, Rusiyanın və Türkmənistanın liderlərinin də qatılacağı sammit Həştərxanda keçirilir.
Tədbir sentyabrın 29-da başlayır.
Xəzəryanı sərhəd liderləri illərdir ki, Xəzərin hüquqi statusunu müəyyənləşdirmək üçün müzakirə aparırlar.
Hazırda Xəzərlə bağlı 1921 və 1940-cı illərdə İranla Rusiya arasındakı razılaşmalar qüvvədədir.
Azərbaycan, Qazaxıstan və Türkmənistan bu razılaşmaları qəbul etmir.