Əsas Səhifə > Dünya > ABŞ İraqın 80 minlik orduya ehtiyacı olduğunu deyir
ABŞ İraqın 80 minlik orduya ehtiyacı olduğunu deyir14-11-2014, 11:10 |
İraqa itirdiyi torpaqları İslam Dövləti yaraqlılarından geri almaq üçün 80 minlik qoşun lazımdır. Bunu ABŞ-ın ordu generalı Martin Dempsey noyabrın 13-də keçirilən Konqres dinləmələrində deyib. Onun sözlərinə görə, itirilmiş torpaqları, o cümlədən Mosulu geri qaytarmaq üçün 80 minlik qoşuna ehtiyac var. Prezident Obama ABŞ məsləhətçi qrupunun İraq qoşunlarına təlim keçməsinə icazə verib. Hazırda ABŞ-ın İraqda 1400-lük qoşunu var. Geri qayıt |