ABŞ İraqın 80 minlik orduya ehtiyacı olduğunu deyir
Tarix: 14-11-2014, 11:10 |
Çap et
İraqa itirdiyi torpaqları İslam Dövləti yaraqlılarından geri almaq üçün 80 minlik qoşun lazımdır.
Bunu ABŞ-ın ordu generalı Martin Dempsey noyabrın 13-də keçirilən Konqres dinləmələrində deyib. Onun sözlərinə görə, itirilmiş torpaqları, o cümlədən Mosulu geri qaytarmaq üçün 80 minlik qoşuna ehtiyac var.
Prezident Obama ABŞ məsləhətçi qrupunun İraq qoşunlarına təlim keçməsinə icazə verib.
Hazırda ABŞ-ın İraqda 1400-lük qoşunu var.