Əsas Səhifə > Dünya > ŞOK: Amerika PKK-nı silahlandırma hüququnu rəsmiləşdirdi
ŞOK: Amerika PKK-nı silahlandırma hüququnu rəsmiləşdirdi13-12-2014, 11:13 |
ABŞ Konqresinin Senatı müdafiə siyasəti haqqında qanun layihəsini təsdiq edib. “APA-Economics”in “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, qanun layihəsi dövlət büdcəsindən ABŞ-ın hərbi xərclərinə 577 mlrd. dollar, o cümlədən 64 mlrd. dollar xarici ölkələrdə hərbi əməliyyatların aparılmasına ayrılmasını nəzərdə tutur. Nümayəndələr Palatası qanun layihəsini dekabrın 4-ü təsdiqləyib. İndi isə sənəd imzalanması üçün ABŞ prezidenti Barak Obamaya göndərilib. Qanun layihəsinə əsasən, Pentaqonun baza büdcəsi 496 mlrd. dollar həcmində təsdiqlənib. Bundan 64 mlrd. dolları dünyanın bütün münaqişə zonalarında, o cümlədən Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etmək üçündür. Sənəd “İslam hökuməti” adlanan terrorist qruplaşması ilə mübarizə üçün İraq hərbçilərinin, o cümlədən kürd silahlıları və Suriyanın müxalifətinin hazırlanmasına da sanksiya verir. Bundan başqa, Energetika Nazirliyinə nüvə silahı üzərində işlərin aparılması üçün 17,9 mlrd. dolların ayrılması nəzərdə tutulur. Geri qayıt |