ŞOK: Amerika PKK-nı silahlandırma hüququnu rəsmiləşdirdi
Tarix: 13-12-2014, 11:13 |
Çap et
ABŞ Konqresinin Senatı müdafiə siyasəti haqqında qanun layihəsini təsdiq edib.
“APA-Economics”in “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, qanun layihəsi dövlət büdcəsindən ABŞ-ın hərbi xərclərinə 577 mlrd. dollar, o cümlədən 64 mlrd. dollar xarici ölkələrdə hərbi əməliyyatların aparılmasına ayrılmasını nəzərdə tutur.
Nümayəndələr Palatası qanun layihəsini dekabrın 4-ü təsdiqləyib. İndi isə sənəd imzalanması üçün ABŞ prezidenti Barak Obamaya göndərilib.
Qanun layihəsinə əsasən, Pentaqonun baza büdcəsi 496 mlrd. dollar həcmində təsdiqlənib. Bundan 64 mlrd. dolları dünyanın bütün münaqişə zonalarında, o cümlədən Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etmək üçündür.
Sənəd “İslam hökuməti” adlanan terrorist qruplaşması ilə mübarizə üçün İraq hərbçilərinin, o cümlədən kürd silahlıları və Suriyanın müxalifətinin hazırlanmasına da sanksiya verir.
Bundan başqa, Energetika Nazirliyinə nüvə silahı üzərində işlərin aparılması üçün 17,9 mlrd. dolların ayrılması nəzərdə tutulur.