Əsas Səhifə > Dünya > İraq ordusundan gözlənilməz əməliyyat: İŞİD mühasirədə
İraq ordusundan gözlənilməz əməliyyat: İŞİD mühasirədə10-02-2015, 10:53 |
İraq ordusu Səlahəddin vilayətinə bağlı Beycə mahalı yaxınlığında yerləşən strateji əl-Fəth bölgəsində nəzarəti ələ keçirib. Axar.az bildirir ki, vilayətin təhlükəsizlik qüvvələrinin komandiri Qasım Cebarə verdiyi açıqlamada bu bölgənin İŞİD üçün olduqca vacib olduğunu deyib: “Ordu qüvvələri İŞİD-in Səlahəddin şəhərinə yardım etmək üçün istifadə etdiyi strateji Fəth diyarının nəzarətini ələ keçirib”. Bildirək ki, İraq ordusu bölgənin İŞİD-dən alınması ilə təşkilatın Səlahəddin vilayəti ilə əlaqəsini tamamilə kəsib və terrorçular faktiki olaraq mühasirəyə düşüb. Geri qayıt |