İraq ordusundan gözlənilməz əməliyyat: İŞİD mühasirədə
Tarix: 10-02-2015, 10:53 |
Çap et
İraq ordusu Səlahəddin vilayətinə bağlı Beycə mahalı yaxınlığında yerləşən strateji əl-Fəth bölgəsində nəzarəti ələ keçirib.
Axar.az bildirir ki, vilayətin təhlükəsizlik qüvvələrinin komandiri Qasım Cebarə verdiyi açıqlamada bu bölgənin İŞİD üçün olduqca vacib olduğunu deyib:
“Ordu qüvvələri İŞİD-in Səlahəddin şəhərinə yardım etmək üçün istifadə etdiyi strateji Fəth diyarının nəzarətini ələ keçirib”.
Bildirək ki, İraq ordusu bölgənin İŞİD-dən alınması ilə təşkilatın Səlahəddin vilayəti ilə əlaqəsini tamamilə kəsib və terrorçular faktiki olaraq mühasirəyə düşüb.