Əsas Səhifə > Dünya > FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü rüşvət aldığını etiraf etdi
FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü rüşvət aldığını etiraf etdi4-06-2015, 10:16 |
FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü Çak Bleyzer dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçilməsi zamanı rüşvət aldığını etiraf edib. AZƏRTAC Rusiyanın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ç.Bleyzer 2010-cu ildə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini dəstəklədiyi üçün də rüşvət aldığını bildirib. “Mən və FİFA-nın İcraiyyə Komitəsinin digər üzvləri Cənubi Afrika Respublikasının 2010-cu ildə dünya çempionatının ev sahibi seçilməsi üçün rüşvət almağa razılaşmışdıq”, - deyə Ç.Bleyzer qeyd edib. Geri qayıt |