FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü rüşvət aldığını etiraf etdi
Tarix: 4-06-2015, 10:16 |
Çap et
FİFA İcraiyyə Komitəsinin keçmiş üzvü Çak Bleyzer dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçilməsi zamanı rüşvət aldığını etiraf edib.
AZƏRTAC Rusiyanın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ç.Bleyzer 2010-cu ildə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini dəstəklədiyi üçün də rüşvət aldığını bildirib.
“Mən və FİFA-nın İcraiyyə Komitəsinin digər üzvləri Cənubi Afrika Respublikasının 2010-cu ildə dünya çempionatının ev sahibi seçilməsi üçün rüşvət almağa razılaşmışdıq”, - deyə Ç.Bleyzer qeyd edib.