Əsas Səhifə > Dünya > Türkiyə bir-birinə dəyib, o isə belə dincəlir
Türkiyə bir-birinə dəyib, o isə belə dincəlir27-07-2015, 09:18 |
Türkiyədə PKK terror təşkilatının xain hücumları nəticəsində 5 gündə 6 polis əməkdaşı öldürülüb. ANS PRESS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri PKK-nın İraqdakı düşərgələrinə 3 gündür bomba yağdırır. Bütün bunlar baş verərkən Xalqların Demokratik partiyasının (HDP) lideri Səlahədddin Dəmirdaş ilginc şəkildə yoxa çıxmışdı, səssizliyə bürünmüşdü. Heç bir televiziyada canlı yayıma çıxmayan Dəmirdaş sadəcə tweeter-də yazmaqla kifayətlənir. O bildirmişdi ki, Türkiyə qırıcılarının PKK silahlılarının mövqelərini bombardman etməsi seçkilərdə HDP-ni "vurmaq" üçün hesablanıb. Dəmirdaşın niyə səsinin çıxmadığı məlum olub. HDP lideri Səlahəddin Dəmirdaşın tətildə olduğuna dair fotolar internetə yüklənib. İki gün əvvəl çəkildiyi bilinən fotoda Dəmirdaşın hovuzda yataraq dincəldiyi görünür. PKK-nın Şimali İraqdakı düşərgələrinə yönəlik hava əməliyyatlarının başladığı gün çəkilən fotolarda HDP liderinin olduqca rahat olması diqqət çəkir. Geri qayıt |