Türkiyə bir-birinə dəyib, o isə belə dincəlir - FOTO
Tarix: 27-07-2015, 09:18 |
Çap et
Türkiyədə PKK terror təşkilatının xain hücumları nəticəsində 5 gündə 6 polis əməkdaşı öldürülüb.
ANS PRESS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri PKK-nın İraqdakı düşərgələrinə 3 gündür bomba yağdırır.
Bütün bunlar baş verərkən Xalqların Demokratik partiyasının (HDP) lideri Səlahədddin Dəmirdaş ilginc şəkildə yoxa çıxmışdı, səssizliyə bürünmüşdü.
Heç bir televiziyada canlı yayıma çıxmayan Dəmirdaş sadəcə tweeter-də yazmaqla kifayətlənir. O bildirmişdi ki, Türkiyə qırıcılarının PKK silahlılarının mövqelərini bombardman etməsi seçkilərdə HDP-ni "vurmaq" üçün hesablanıb.
Dəmirdaşın niyə səsinin çıxmadığı məlum olub. HDP lideri Səlahəddin Dəmirdaşın tətildə olduğuna dair fotolar internetə yüklənib.
İki gün əvvəl çəkildiyi bilinən fotoda Dəmirdaşın hovuzda yataraq dincəldiyi görünür. PKK-nın Şimali İraqdakı düşərgələrinə yönəlik hava əməliyyatlarının başladığı gün çəkilən fotolarda HDP liderinin olduqca rahat olması diqqət çəkir.