Əsas Səhifə > Dünya > Ermənistan və ABŞ Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistan və ABŞ Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər7-11-2015, 14:03 |
Parisdə səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ABŞ-ın dövlət katibinin müavini Entoni Blinken Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ətrafında fikir mübadiləsi aparıblar. Trend xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat verib. Məlumatda qeyd olunur ki, tərəflər ikitərəfli əməkdaşlığı, bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər. Geri qayıt |