Ermənistan və ABŞ Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Tarix: 7-11-2015, 14:03 |
Çap et
Parisdə səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ABŞ-ın dövlət katibinin müavini Entoni Blinken Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ətrafında fikir mübadiləsi aparıblar.
Trend xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat verib.
Məlumatda qeyd olunur ki, tərəflər ikitərəfli əməkdaşlığı, bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.