BƏŞƏR ƏSƏDƏ QAYINATASINDAN XƏBƏRDARLIQ!
Tarix: 6-03-2012, 12:50 |
Çap et
QAYNATASI SURİYA PREZİDENTİNƏ QIZIB
Əsədin qayınatası Favaz Akhras qızı Əsma Əsədin təhlükəsizliyindən narahat olduğunu deyib.
“Ə azı 7 min suriyalının öldürüldüyü üsyanı yatırtmaq məni dəhşətə gətirir. Çox gec olmadan demokratik dəyişikliklər edilməlidir”,- Akhras bildirib.
O, həm də qeyd edib ki, üç uşağı olan Əsmanın Londona getməsinə ümid etmir. Qızının təhlükədə olması ilə yanaşı, arvadı ilə özünün də təhlükədə olduğunu deyib.
Qeyd edək ki, F.Akhras Londonda özəl bir xəstəxanada kardioloq işləyir.