“TRİBUNADA ODLU-ALOVLU ÇIXIŞ EDƏNLƏR”...
Tarix: 6-03-2012, 23:33 | Çap et
“ MİTİNQDƏ KRUPSKAYA KİMİ EVDƏ OTURDULAR”
Mirzə SAKİT: “ İclasbazlıqlar ancaq bu hakimiyyətin ömrünü uzatmağa xidmət edəcək” Bir müddətdir Avropada olan keçmiş siyasi məhbus satirik yazar Mirzə Sakit gunxeber.com-a müsahibə verib. - Mirzə Sakit, son vaxtlar çox sakitsiz…Nə işlə məşğulsunuz? - Mən elə həmişə sakit adam olmuşam. Baxmayaraq ki, çox dostlar məni “sakit”siz kimi qəbul ediblər. Lakin müəyyən ümumi məsələr var ki, belə vaxtlarda sakit olmaq mümkünsüzdür. Nə işlə məşğul olmağıma gəldikdə isə hhazırda Brüsseldəyəm və bura da PEN klubun dəvəti ilə gəlmişəm. Burda da öz yazılarımla məşğul oluram. - Şeirlərinizi də əvvəlki kimi görmürük, yalnız sosial şəbəkələrdə yayımlayırsız. Az yazırsız yoxsa çap etmirlər? – Mən indi heç bir çap mətbuatında dərc olunmuram. Yəqin ki, sizə də məlumdur ki, vaxtı ilə işlədiyim “Azadlıq” qəzetindən qeyri-qanuni uzaqlaşdırıldığıma görə bir müddət heç bir qəzetdə yazılarım getmədi. Sonradan “Xural” qəzetində şerlərim və məqalələrim dərc olunmağa başladı. Bu da çox uzun sürmədi, hamımızın bildiyimiz kimi qəzetin baş redaktoru Əvəz Zeynallını şərləyərək həbsə atdılar və qəzet də fəaliyyətini dayandırdı. İndi mənim yeganə tribunam sosial-şəbəkələrdir. Hesab edirəm ki, elə də passivlik göstərmirəm və müəyyən qədər fəaliyyətimdə məsuliyyətliyəm. - Müsahibələrinizin birində demişdiz ki, AXCP və “Azadlıq” qəzeti rəhbərliyinə “Mirzə Sakiti iş götürməyin” tapşırığı verilib. Bu tapşırığı kim(lər) verib? – Əgər mən işdən çıxarılıramsa, aydın məsələdir ki, bu qəzet rəhbərliyinin göstərişi əsasında olur. Bəli, yenə təkrar edirəm, mənim “Azadlıq” qəzetindən uzaqlaşdırılmağım qeyri-qanuni və sırf anti-demokratik şəraitdə keçirildi. Hələ indiyə qədər də mənə qarşı atılan bu səhv addımın kökündə konkret nə dayandığını tam dərk edə bilmirəm. O vaxta qədər bir-neçə dəfə qəzetin əvvəlki rəhbərliyini haqlı olaraq, tənqid etmişdim. Hesab edirəm ki, həmin adamları mən hələ bir az yumşaq tənqid etdim. İlboyu demokratik dəyərlərdən danışan bəzi insanlar mənim bircə tənqidimə duruş gətirə bilmədilər və nəticə də göz qabağında. Sən demə mən gözləməli imişəm ki, mövcud hakimiyyət süquta uğrayandan sonra “bismillah” edib bizim muxalifətçi dostları tənqid edim. Təsəvvür edin ki, bir tənqidə dözümsüzlük göstərib məni işdən kənarlaşdıran insanlar, hakimiyyətdə olsaydılar və əllərindəki bütün səlahiyyətlərdən hansı metodlarla istifadə edərdilər. Bilirəm ki, mənim haqlı açıqlamalarım zaman-zaman mənə qarşı potensial etiraz doğurub, lakin həqiqəti deməməyin özü insanın yoxluğuna bərabərdir. Sən haqqı de, qoy kimsələrsə ondan sənə qarşı dayandoldurum silah kimi istifadə etsinlər. Ancaq ədalət elə bir gercəklikdir ki, az vaxtdan sonra o özünü göstərəcək. - Təklif olsa yenidən “Azadlıq”da yazarsınızmı? - Bir vaxtlar belə bir fikrim var idi ki, əgər mənə “Azadlıq”dan yenə təklif gələrsə, bəli, mən o qəzetə qayıdaram. Çünki mən “Azadlıq” qəzetinə qarşı yox, konkret şəxslərə qarşı ittiham səsləndirmişəm. Qəzet bu işdə günahkar deyil. Tutaq ki, hansısa dindar şarlatanlıqla məşğuldusa buna Quran neyləsin axı…hərgah mənim dinlə də bağlılığım olmasa bunu bir misal kimi çəkdim. Etiraf edim ki, mən “Azadlıq” qəzetini həmişə özüm üçün ən oxunaqlı qəzetlərdən hesab edirəm və hər gün o qəzeti bir-neçə dəfə internetdən izləyirəm. Bir sözlə mən “Azadlıq” qəzetinə bir mətbu orqan olaraq, həmişə böyük önəm vermişəm. Ancaq buna baxmayaraq, bundan sonra hətta təklif də gəlsə belə mən o qəzetə qayıtmaram. Səbəbini də bununla izah edə bilərəm ki, bir vaxtlar mənim əleyhimə həmin qəzetin rəhbərliyi səviyyəsində eynilə YAP-ın “zəhmətkeşlərdən ibarət etiraz edənlər” kampaniyasına bənzər bir hadisə oldu. Demək, qəzetin rəhbərliyi bir siyahı tərtib etmişdi və həmin siyahıda yazılmışdı: “Mirzə Sakit nə üçün “Azadlıq” qəzetində işləyə bilməz” və həmin siyahıya qəzetin əməkdaşlarına imza atdırmışdılar. Sonralardan həmin o imza atanların bəziləri mənə dedilər ki, vallah, mən neyləyə bilərdim axı, orda işləyirəm, imza atmasaydım, sənin gününə düşərdim. Mən həmin vaxt onlardan birinə dedim ki, Allah eləməsin sənin bu günə düşməyini mənim günümlə ölçəsən, get öz gününə ağla. Amma onu da deyim ki, bəziləri imza atmaqdan imtina etmişdilər, o adamlar ki, “dişbatmaz” idilər. - Azərbaycandakı ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiz? – Azərbaycandakı siyasi durum nəinki sizə, mənə…bu dünyaya məlumdur. Belə bir despot və cəngəllik qanunları ilə idarə olunan ikinci bir ölkə ağlınıza belə gətirməyin. Hələ çox illər öncə mən yazılarımda da bəzi tədbirlərdəki çıxışlarımda da qeyd edirdim ki, əgər biz bu hakimiyyəti diktatura və avtoritar rejim adlandırırıqsa, deməli, bu rejim ilə yumşaq dildə danışmaq özü sadəlöhvlükdən xəbər verir. Bundan ötrü keçmiş illərdən bəri biz ancaq məmurların və prezidentin mülklərini, milyardlarını hesablayıb mühasiblik etməməliyik. Tarixlər boyu zora qarşı zor içlənməyibsə heç nəyə nail olmaq mümkün olmayıb. Aydın məsələdir ki, Azərbaycan xalqı bu hakimiyyəti qətiyyən sevmir və hətta nifrət edir. Bax, bu nifrətdən istifadə edib xalqın içərisinə doğru getmək lazımdır. İclasbazlıqlar ancaq bu hakimiyyətin ömrünü uzatmağa xidmət edəcək. Həmin iclaslarda da uzun illərdir demək olar ki, eyni insanlardır biri danışır, o digəriləribi də əl çalıb “Eşq olsun” deyirlər. Mən həmin insanların çəkdikləri zəhmətə laqeydlik etmirəm, çünki özüm də həmin insanlarla o iclaslarda bir yerdə olmuşam. Yeni və sərt bir fikir formalaşmalıdır. - Müxalifətin İctimai Palata formatında perspektivini görürsüzmü? – Bu yerdə mən öz əvvəlki fikrimdə qalıram və bildirirəm ki, İctimai Palatanın perspektivi şəxsən bir vətəndaş olaraq, məni qane etmir. Mən bu fikrimi İP-in bir-çox üzvlərinə də demişəm. Baxmayaraq ki, özüm bu gün də İP-in üvzüyəm. Bir-neçə dəfə müşahidə etdim, ilk 2 aprel və ondan əvvəlki -sonrakı mitinqlərdə 400-ə qədər üzvü olan İP-in demək olar ki, 10 faizi mitinqlərdə görünmədilər. O adamlar ki, həmin iclaslarda tribunada Lenin kimi odlu-alovlu çıxışlar edirdilər. Amma nəticə gözlənilən mərhələlərdə Krupskaya kimi evdə otururdular…Hərçəndi Krupskaya da bəzən Leninin böyründə olardı… Bir sözlə əgər İP-in fəaliyyətsizliyi belə davam edərsə, onun adını dəyişib “Əbədi iclas” “Əİ” qoymaq lazım gələcək. -Son günlər əsas müzakirə mövzularından biri də İsa Qəmbərin Müsavat başqanlığından gedib-getməməsidi. Sizcə İsa Qəmbərin getməsi, ya qalması lazımdır? - Bu məsələ qətiyyən müzakirə predmetinə çevrilməməlidir. Qanunu şah etməyi məhz musavatçılardan gözləmək lazımdır. Ağlınıza da belə gətirməyin ki, İsa Qəmbər başqanlıqda qalacaq, bu mümkün deyil. İsa Qəmbər dəfələrlə öz fikrini izah edərək bəyan edib ki, mən nizamnaməni poza bilmərəm. Əgər bu gün Musavat Partiyasında doğrudan da İsa bəyin başqanlıqda qalmasını istəyənlər varsa, daha mənim sözüm yoxdur. Musavat yüz ilin partiyasıdır, güman edirəm ki, yüzillik bir partiyaya başqanlıq edən İsa Qəmbər özündən sonra bu partiyanı elə İsa Qəmbər kimi idarə edə biləcək ən azı 5-6 perspektivli kadr hazırlamamış olmaz. Bir də ki, İsa bəyin yenidən başqanlıqda qalmasını istəyənlər əslində İsa bəyə hörmət yox, sadəcə, gələcəkdə bu partiyanı daha da gücləndirmək əvəzinə tənbəllik edənlərdir. - Mirzə, gələcək planlarınız nədir? – Gələcək planlarım haqda mənə əvvəlcədən danışmaq nəsə düşmür. Bir vaxtlar dedim ki, üç yeni kitabımın nəşri olacaq, amma nəşr evi əvvəl razılıq verdisə də sonra verdiyi sözün arxasından qaçdı. Həyat yoldaşım illər uzunudur ki, axşam mən evə gələndə deyir: – A kişi, gəl bir az da bu ailəmizin problemlərindən danışaq daaa… Mən də adəti üzrə həmişə demişəm ki, arvad, çox yorğunam, səhər Allah qoysa yuxudan qalxaq, söhbət edərik. Səhərlər də yuxudan qalxıb bir stəkan çay içəndən sonra evdən çıxırdım. Yoldaşım arxamca deyirdi ki, bəs noldu, səhər söhbət edəcəkdik. Mən də: – Axşam, axşam deyib çıxıb gedirdim. Çünki bilirdim ki, ailə probleminin çözülməsi sonluğu pul-paraya gətirib çıxaracaq, o da müşkül məsələdir. Hər halda hər bir insanın öz gələcək planları olduğu kimi mənim də öz arzularım var. Bu arzuları gerçəkləşdirmək üçün gərək işıqlı yollar da açıq olsun və azadlığa çıxa bilək. Deməliyəm ki, azadlığa çıxmaq üçün əvvəlcə o işıqlı yolun səmtini tapmalıyıq. Hər ikisi öz əlimizdədir. Heç kim bizə kənardan bunu verməyəcək. Onsuz da gələcək cənclərindir, gəlin onların payına düşən bu zaman bölgüsünə əl vurmayaq. Gənclərə uğurlar arzulayaq, elə bir uğur ki, bir zamanlar onlar da geriyə boylananda özlərindən arxada qalan ləpirlərindən zövq ala bilsinlər.
Gunxeber.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
|