SARAY QƏSƏBƏSİNDƏ ÜSYAN ANONSU
Tarix: 7-03-2012, 13:10 |
Çap et
«DEYƏSƏN, QUBA CAMAATI BU MƏMURLARI AĞILLANDIRA BİLMƏYİB»
DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza daha bir ərazidə üsyanın baş verəcəyi ilə bağlı məlumat daxil olub. DİA.AZ-a açıqlama verən Saray qəsəbəsinin bir qrup sakininin sözlərindən belə aydın olur ki, bir həftədir onların suları gəlmir və bayramları da susuz şəraitdə yola vermək məcburiyyətində qalıblar.
Sakinlər bildirir ki, dəfələrlə həm yerli qurumlara və həm də «Azərsu»nun rəhbərliyinə müraciət etmələrinə baxmayaraq onları eşidən yoxdur: «Ən bərbad durum isə Abbasquluağa Bakıxanov küçəsindədir. Bu küçənin sakinləri su əldə etmək üçün az qala 3 kilometr məsafəni qət etməli olurlar».
Sakinlər bildirir ki, «Azərsu»nun qaynar xətti də onları ələ salır: «Nə səsimizi eşidən var, nə dərdimizə əlac edən. Əgər belədirsə, biz də Qorxmaz Hüseynovun idarəsini yandıracağıq. Deyəsən, Quba camaatı bu məmurları ağıllandıra bilməyib».