DAĞLSIN DÜNYA, YA DAĞILMASIN?..
Tarix: 9-03-2012, 13:12 |
Çap et
ÇİN DƏ HANSISA MALI BƏYƏNMƏZMİŞ
BBC-nin xəbərinə görə, bu barədə Avropa Aerokosmik Sənaye Konserninin (EADS) rəhbəri Lui Qalua açıqlama verib.
Onun sözlərinə görə, Pekinin bu qərarı 2012-2013-cü illərdə ən azı 20 uzaqmənzilli “Airbus A-330” təyyarələrinin satışını təhlükə altında qoya bilər.
Çin hökumətinin bu addımı bu il yanvarın 1-dən Avropa Birliyi ölkələrində atmosferə atılan istixana qazlarına görə aviaşirkətlərə əlavə vergi tətbiq olunmasına cavabdır. EADS rəhbəri Brüsseli bu qeyri-populyar vergidən imtina etməyə çağırıb.
Rəsmi Pekin hələlik qərarına şərh verməyib. Bununla belə, “Air China” aviaşirkəti “Airbus” təyyarələri üçün verdiyi sifarişlərdən imtina etməyəcəyini bəyan edib.