ÖLKƏMİZDƏ BAHALAŞMA DAVAM EDİR
Tarix: 9-03-2012, 13:51 |
Çap et
İLLİK HESABLAMADA QİYMƏTLƏR 3,7% ARTIB
Bu ilin iki ayında 2011-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda istehlak qiymətləri 3,7% artıb, deyə Dövlət Statistika Komitəsində Turan-a bildiriblər.
Ərzağın qiyməti 4,6% bahalanıb. Xidmət tarifi və qiymətləri illik hesablamada 3,4% artıb. Qeyri-ərzaq mallarında 1,3% bahalanma olub.
Qeyd edək ki, 2011-ci ilin analoji dövründə rəsmi inflyasiya göstəriciləri daha yüksək idi - 8,9%.