“HAKİMİYYƏT BUNLARDAN NƏTİCƏ ÇIXARMIR”
Tarix: 9-03-2012, 14:00 |
Çap et
İCTİMAİ PALATADA VİCDAN MƏHBUSLARI MÜZAKİRƏ OLUNDU
Bu gün İctimai Palata (İP) siyasi və vicdan məhbusları ilə bağlı tədbir keçirib. Tədbirdə iştirak edən İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal vicdan məhbuslarının həbsdən azad edilməsi üçün görülən işlərdən danışıb, həmçinin vicdan məhbuslarına edilən təzyiqlərdən söz açıb.
AXCP sədri Əli Kərimli bildirib ki, siyasi məhbusların azad edilməsi üçün cəmiyyət artıq daha ciddi mövqe ortaya qoyur. Həmçinin beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbuslarının azad olunması üçün çağırışlar edilir, bəyanatlar səslənir: “Ancaq hakimiyyət bütün bunlardan nəticə çıxarmır. Artıq ölkədəki inanclı insanlara qarşı həbslərin üçüncü dalğası başlayıb. Azərbaycan hökuməti bütün bu beynəlxalq çağırışlardan heç nə anlamayıb”. Partiya sədri hakimiyyətin əfv siyasətinə də toxunub və cəmiyyəti buna kəskin münasibətini bildirməyə çağırıb. Ziyalılar Forumunun üzvlərindən Eldar Namazov isə qeyd edib ki, İP-in bu gün hazırladığı bəyanatı ziyalılar da dəstəkləyir. O bəyanatın beynəlxalq təşkilatlara göndərilmsini də təklif edib.
musavat.com