İctimai Palatanın (İP) növbəti sessiyası başlayıb. APA-nın məlumatına görə, Müsavat Partiyasının qərargahında keçirilən iclasa İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn sədrlik edir.
O, çıxışında ölkədə siyasi aktivliyin artdığını söyləyib. İclasda aprelin 8-ə mitinq təyin edilməsi gözlənilir.